Prezident Quterreşlə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, BMT Baş katibi Azərbaycanın COP29-a sədrliyinə görə təbriklərini çatdırdı və bununla bağlı uğurlar arzuladı.
Antonio Quterreş BMT Katibliyi ilə Azərbaycan nümayəndə heyətinin yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, ölkəmizin sədrliyinin uğurla aparılması üçün BMT-nin hər cür dəstək göstərməyə hazır olduğunu dedi.
Baş katib COP çərçivəsində G20-nin tədbirində və COP-un bağlanış mərasimində də iştirak edəcəyini bildirdi.
Söhbət zamanı builki COP-un gündəliyində maliyyə hədəfləri mövzusunun olduğu qeyd edildi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Görüşdə qlobal iqlim dəyişmələri mövzusunun əhəmiyyəti vurğulandı, “Gələcəyin Sammiti”nin və BMT-nin digər sənədlərində də iqlim dəyişmələri mövzusunun xüsusi prioritet məsələlərdən olduğu bildirildi.
**
Prezident İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.


Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











