Vətəndaşlara yollarla bağlı şad xəbər - DYP COP29-la bağlı MÜRACİƏT YAYDI

Mötəbər tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz yenidən dünyanın diqqət mərkəzindədir. Artıq noyabrın birinci ongünlüyündən başlayaraq paytaxtımız iqlim konfransı iştirakçılarını qəbul etməyə başlayacaq.
Məlumat verildiyi kimi beynəlxalq miqyaslı tədbirlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq konsepsiya hazırlanıb. Sistemli yanaşmaya əsaslanan sözügedən konsepsiyada COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac duyulmayıb.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə COP29 konfransı tarixlərində Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq, həmin istiqamətlərdə əvvəlcədən göstəriləcək alternativ yollarla hərəkət etməyi xahiş edir.
Ümidvarıq ki, hər bir yol hərəkəti iştirakçısı verilən tövsiyələrə əməl etməklə ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsinə töhfə verəcək, tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşacaq, təşkilatçılara dəstək nümayiş etdirəcək.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











