10 yaşlı qız faciəvi şəkildə ölüb

Moskvanın cənub-qərbində kirayə qalan azərbaycanlıların ailəsində faciə baş verib. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, ailənin 10 yaşlı üzvü səhər yeməyi zamanı boğulub . Hadisə yerinə gələn təcili tibbi yardım briqadası azyaşlının həyatını xilas edə bilməyib. Nəşr yazır ki, Zülfiyyə (ad şərtidir) ailənin ikinci övladı olub və epilepsiyadan əziyyət çəkib. Üç yaşına qədər xəstəlik azyaşlının həyatına ciddi təsir etməyib. Lakin Zülfiyyənin anasının da dayə işlədiyi uşaq bağçasına gedən zaman ilk bədbəxt hadisə baş verib. Epilepsiya tutması zamanı azyaşlı yerə yıxılıb və onurğa sütununu zədələyib. Bundan sonra Zülfiyyə birinci qrup əlili olub. Azyaşlı sərbəst gəzə bilməyib, həmçinin danışmaqda və hətta yemək yeməkdə çətinlik çəkib.
Oktyabrın 18-də ailə səhər yeməyinə yığışmışdı. Ana 10 yaşlı qızına yemək yedizdirirdi. Bu zaman xırda ət tikələrindən biri Zülfiyyənin boğazında qalıb. Azyaşlı boğulmağa başlayıb. Ailə təcili tibbi yardıma zəng vurub, köməyə qonşular da gəlib. Lakin bütün səylərə baxmayaraq Zülfiyyənin həyatını xilas etmək mümkün olmayıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












