100 minlik dələduzluq edən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Sarıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə E.Sarıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, E.Sarıyev Bakı şəhər sakini Vüsal Quliyevə qarşı dələduzluq edib. Belə ki, o, Nərimanov rayonunda yerləşən 0.044 hektar torpaq sahəsini satmaq adı ilə V.Quliyevin mülkiyyətində olan Qəbələ rayonu Vəndam kəndində dəyəri 100 min manat olan 1.5 hektar torpaq sahəsini ələ keçirib. Həmçinin razılaşmaya əsasən, V.Quliyev Qəbələdəki torpaqdan əlavə E.Sarıyevə Bakıda yerləşən 4 mənzil verib. Lakin sonradan məlum olub ki, E.Sarıyevin mülkiyyətində olan Nərimanov rayonu ərazisindəki torpaq sahəsi bankın girovundadır. Daha sonra zərərçəkənin şikayəti əsasında E.Sarıyev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












