11 kq-dan artıq narkotik vasitə aşkarlandı - Yardımlıda

Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, iyunun 2-də Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. Onun əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - 4064,2 qram heroin, 6023,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb. Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












