118 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Səidi Cəlalın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Cəlal barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. İttiham aktına əsasən, S.Cəlal Abşeronda tanışı Əhməd Orucova məzənnədən ucuz qiymətə ABŞ dolları verəcəyini vəd edərək onun 118 min manat pulunu ələ keçirməklə dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs qismində dindirilən S.Cəlal ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, öz ifadəsində zərərçəkmiş şəxsdən 48 min manat pul aldığını deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Cəlal 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












