12 hərbiçimizin olduğu maşın aşdı: 3 nəfər ölüb - FOTO

Azərbaycan hərbiçilərini daşıyan maşın qəzaya uğrayıb. Avtosfer.az-ın Criminal.az-a istinadən məlumatına görə, qəza zamanı 3 hərbiçi həlak olub. Dəhşətli qəza Naxçıvan Muxtar respublikasında baş verib. İçərisində 12 hərbiçi olan maşın aşıb. Qəza zamanı 3 nəfərin həlak olduğu bildirilir. Onlardan biri əslən Tovuz rayonundan olan 28 yaşlı baş leytenant Hümbətov Orxan Bayram oğludur.
Onun cənazəsi bu gün Tovuz rayonunun Qaraxanlı kəndinə gətirilib. Bu dəqiqələrdə O.Hümbətov dəfn edilir.
Məsələ ilə bağlı Tovuz rayon İcra Hakimiyyətinin Qaraxanlı kəndi üzrə icra nümayəndəsi İsrail İsmayılov bildirdi ki, O.Hümbətovun dəqiq hansı şəraitdə həlak olmasından xəbərsizdir.
Hadisə ilə bağlı nə Azərbaycan Müdafiə Nazirliyindən, nə də Naxçıvan Müdafiə Nazirliyindən məlumat öyrənmək mümkün olmadı. Hərbi Prokurorluq da hadisə barədə açıqlama vermir.


Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












