12 yaşı var, 15 xarici ölkənin dövlət himnlərini əzbər bilir - VİDEO
12 yaşı var, 15 xarici ölkənin dövlət himnlərini əzbər bilir. Avtosfer.az-ın məlumatına görə, Tağı Rzayev bu çətin işin öhdəsindən həvəs və marağı sayəsində gəldiyini deyir. Qısa müddətdə 15-ə yaxın himn öyrənən balaca istedad bu işə ilk olaraq Qazaxıstanın dövlət himnini öyrənməklə başlayıb. Tağı bir himni təxminən iki saata öyrənir. Əzbərləməkdə çətinlik çəkdiyi və üzərində günlərlə işləməli olduğu himnlər də olub. Onlardan biri də Çinin himnidir. Artıq dörd gündür ki, onu öyrənməyə başlayıb. Öhtəsindən rahatlıqla gəldiyi himn isə Osmanlı imperiyasına məxsus olub. Tağı öyrəndiyi himnlərin musiqisini kompüterin klaviaturasında da ifa edir. Bundan başqa, onun həmin ölkələrin xəritələrini heç yerə baxmadan çəkmək bacarığı da var. Balaca istedad bütün ölkələrin himnlərini öyrənmək niyyətindədir. Bununla o, gələcəkdə yarışlarda iştirak etmək istəyir. Tağı həmçinin bütün ölkələri himnlərinin musiqilərindən dərhal tanıyır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












