14 yaşlı uşağın qəza törətməsinə EKSPERTDƏN MÜNASİBƏT - VIDEO

Dünən bəzi kütləvi informasiya vasitələrində informasiya yayılıb. Məlumata görə, 14 yaşlı uşaq avtomobillə qəza törədib. Buna səbəb YPX avtomobilinin həmin maşını qovması olub. Uşağın valideynlərinin dediyinə görə YPX əməkdaşları avtomobili təqib etdiyi üçün həyəcanlanan uşaq qəza törədib. Uşağın atası idda edir ki, yol polisi qanunsuz hərəkət edib. Avtomobilin həbsi və saxlanma barədə qərarı yox idisə YPX əməkdaşları onu saxlaya bilməzdi. Ata bir növ bu cür açıqlamalar verməklə məsuliyyətdən yaxa qurtarmaq və öz əməlinə haqq qazandırmaq istəyir.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, həmin validen öz məsuliyyəti barədə düşünsəydi daha yaxşı olardı. Çünki uşağın həyatına təhlükəni polis yox, valideyn özü yaradır. “Valideynin icazəsi olmadan heç bir uşaq avtomobili götürə bilməz. Valideyn bunu düşünsün. Yaxud uşaq nadincdirsə, maşını icazəsiz götürüb çıxırsa yenə valideyn məsuliyət daşıyır. Gərək avtomobili qapalı yerdə saxlasın, yaxud açarları özündə qorusun ki, uşaq onu götürə bilməsin.”
E.Muradlı bu valideyinin timsalında digərlərinə də tövsiyə edib. “Uşaqları yol nəqliyyat hadisələrindən, qəzalardan qorumaq lazımdır. Yeniyetmə yaşlarından uşağa avtomobili sevdirmək yaxşı haldır. Amma əvvəl gərək yol hərəkəti qaydalarını ona aşılayasan. Gəlcəkdə avtomobil idarə edəndə də nümunəvi sürücü olsun. Yoxsa 14 yaşında vəsiqəsiz avtomobil sürən uşağı 18 yaşından sonra küçələrdən yığa biləcəklərmi? Odur ki, valideynlər məsuliyyəti artırmalı, yol təhlükəsizliyi barədə düşünməlidir".
Orxan
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY














