145 delfin sahilə atılaraq kütləvi şəkildə məhv olub

Yeni Zelandiyada azı 145 delfin Styuart adasının sahilinə atılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə adanın Ətraf Mühitin Qorunması Nazirliyinin istehsal meneceri Ren Leppensə istinadən "Radio New Zealand" bildirib. Radiostansiyanın məlumatına görə, şənbə günü axşam iki delfin sürüsü adanın qərb hissəsində, Meyson körfəzinin cənub hissəsində sahilə atılıb. Delfinlər aşkarlananda onların yarısı artıq həlak olub. "Təəssüf ki, suya endirdiyimiz sağ delfinlərin sayı son dərəcə az idi. Bununla belə, həmişə belə qərarı qəbul etmək ağırdır", - deyə Leppens bildirib. Yeni Zelandiya balinaların və delfinlərin tez-tez sahilə atıldığı yerdir. Alimlər bu heyvanların belə kütləvi intiharlarına nəyin səbəb olması barədə suala indiyə qədər dəqiq cavab verə bilmirlər. Bir qayda olaraq, əgər bir delfin sahilə atılırsa, onda başqaları sürüdən ona kömək etməyə çalışırlar və nəticədə onunla eyni aqibəti yaşayırlar.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












