15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI

Martın 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakının Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları və digər bölgələrində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Həmçinin Bakı şəhəri üzrə xüsusi məktəblərdə, tədrisi gürcü dilində olan məktəblərdə və hərbi liseylərdə təhsil alanlar da imtahan verəcəklər.
İmtahanda 62033 şagirdin iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, 9 martda keçirilən buraxılış imtahanında bir sıra məsələlər müzakirə obyektinə çevrilib. Sualların çətinlik səviyyəsi, xarici dil imtahanın qəlizliyi və digər məqamlar abituriyentlər arasında narazılıq yaradıb.
Maraqlıdır ki, 15 martda keçiriləcək olan tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında vəd edilən proqnozlar nələrdir?
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, əgər həqiqətən də ciddi fərq olarsa, bu vəziyyət imtahanın həqiqətən də çətin olması deməkdir:

“9 martda iştirak edən bu abituriyentlər imtahandan çıxdıqdan sonra ümumi olaraq həm müəllimlərin suallara baxması, həm o abituriyentlərin çətinlik çəkdiyi sualları cavablandırması belə bir atmosfer formalaşdırdı ki, həqiqətən də suallar əvvəlki illərlə müqayisədə çətindir. Bu, reallıq idi, çünki çox vaxt aparan sualların olması xüsusilə də bu çətinliyi formalaşdırırdı. Eləcə də bir sualda bir neçə məzmunun soruşulması, bir neçə mövzuya müraciət olunması həmin sualın çətinlik səviyyəsini də ortaya qoyur. Dövlət İmtahan Mərkəzi hər iki imtahanın suallarını əvvəl hazırlamışdı. 15 martda keçiriləcək buraxılış imtahanında suallar çoxdan hazırdır. Və bu imtahanın sualları aşağı-yuxarı 9 martda keçirilən buraxılış imtahanının sualları ilə eynidir. Amma ola bilər, suallar içərisində bəzisi abituriyentlərə çətin, bəzisi isə asan gəlsin. Bəzən birinci zona imtahanı daha çətin olur, ikinci zona isə asan olur və yaxud, əksinə. Bir neçə sualın fərqli formada olması, asan və yaxud da çətin olması ümumi imtahanda belə bir atmosfer formalaşdıra bilər. Amma ümumi olaraq bilmək lazımdır ki, Dövlət İmtahan Mərkəzi hər bir zonaya aid keçirilən buraxılış imtahanının suallarını eyniləşdirməyə çalışır. Ona görə də bəzi abituriyentlər belə düşünür ki, 9 martdakı çətinlik səviyyəsi müəyyən qədər təsir göstərir və Dövlət İmtahan Mərkəzi 15 martda bunun suallarını dəyişərək asanlaşdırır. Belə bir şey yoxdur. Suallar əvvəlcədən hazırlanır və hazır bir formada ayın 15-də abituriyentlərin ixtiyarına veriləcək. Ümumilikdə hesab edirəm ki, sualların çətinlik səviyyəsi həqiqətən də ciddi şəkildə ictimaiyyəti narahat etmişdi. Dövlət İmtahan Mərkəzindən nə qədər açıqlama verib ki, suallar çətin deyil, mövzular daxilində idi. Böyük ehtimalla bu məsələ ilə bağlı nəticələr aprel ayında açıqlanacaq”.
Nurcan Babək
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












