150 manata görə tanışlarını öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Bayraməli oğlu Əlizadə və İlham Məmməd oğlu Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2017-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu qətlə yetirib.
Məlum olub ki, V.Əlizadə K.Quliyevi pul mübahisəsinə görə bıçaqlayaraq öldürüb.
Belə ki, hər iki şəxs fəhləçiliklə məşğul olab və 23 yaşlı K.Quliyev tanışından bir müddət əvvəl borc pul alıb. Borcun məbləği isə 150 manat olub. Daha sonra V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.
Tanışların pul mübahisəsi daha sonra davaya keçib və V.Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb.
Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub.
Onlar Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham olunurlar.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










