16 polis əməkdaşı edam olunacaq - 42 müsəlmanı qətlə yetirdiyinə görə

Hindistanda 1987-ci ildə 42 müsəlmanı qəsdən öldürməkdə təqsirləndirilən 16 keçmiş polis əməkdaşı barəsində edam hökmü çıxarılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisəyə görə məhkəmə prosesi 31 il davam edib. Cinayətkarların mühakiməsi paytaxt Yeni Dehilidə Ali Məhkəmədə keçirilib. “Haşimpura qətliamı” adı ilə tanınan və müsəlmanlarla hinduslar arasında baş vermiş toqquşma nəticəsində 42 müsəlmanın öldürülməsi ilə bağlı cinayət işi üzrə 16 keçmiş polis əməkdaşı ittiham olunub. Onlar silhasız və müdafiəsiz dinc sakinləri qəsdən qətlə yetirməkdə təqsirli bilinərək, edam cəzasına məhkum ediliblər. İlk dövrlərdə cinayətdə mühakimə edilən polis əməkdaşlarının sayı 19 olub. Ancaq məhkəmə proseslərinin davam etdiyi 31 il ərzində onlardan 3-ü ölüb. Qeyd edək ki, 1987-ci il mayın 2-də Hindistanın şimalında Haşimpura əyalətinin Meerut şəhərində hinduslarla müsəlmanlar arasında toqquşma baş verib. Polis qəsdən müsəlmanlara odlu silahdan atəş açaraq, onlardan 42 nəfəri qətlə yetirib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












