17 yaşlı qız mütəşəkkil dəstə tərəfindən oğurlandı - Yevlaxda

Yevlaxda qız qaçıranlara qarşı cinayət işi başlanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Yevlax rayon sakinləri Zamanov İlham Mehman oğlu qardaşları Zamanov Elsevər Mehman oğlu, Zamanov Elzamin Mehman oğlu və qardaşı arvadı Qabilova Elnarə Şahin qızı ilə birlikdə noyabrın 3-də 2001-ci il təvəllüdlü Quliyeva Sibel Mahir qızını evlənmək məqsədi ilə yaşadığı Yevlax rayon Boşçalı kəndində nənəsinin evindən oğurlayıblar. Onlar S.Quliyevanı avtomobilə məcburi mindirərək rayonun Hürüuşağı kəndinə aparıblar. Daha sonra dəstə üzvləri S.Quliyevanı qohumları Tural Muxtarovun avtomobili ilə Goranboy rayonuna qaçırmaqla 9-dək digər qohumları Elşən Ağalarovun evində saxlayıblar. Faktla bağlı Yevlax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (Adam oğurluğu, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












