174 sosial mənzil satışa çıxarılır - Qiymət 30 mindən başlayır - VİDEO

Növbəti ilin ilk ayından etibarən Mənzil İnşaatı Dövlət Agentliyi bir sıra yeni mənzillərin satışını həyata keçirəcək. İlk satışda olduğu kimi bu dəfəki satışda da proses elektron hökümət portalı ilə həyata keçiriləcək. Satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edəcəklər. Mənzillər isə tam təmirli və mətbəx mebeli ilə təklif olunacaq.
Bununla da daha 174 sosial mənzil satışa çıxarılacaq. Mənzil İnşaatı Dövlət Agentliyi ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi üzrə növbəti dəfə mənzilləri satışa çıxarır.
Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun layihələndirilib və inşa olunub.Mənzillərin qiyməti isə bazar dəyərindən aşağı təklif olunur.
Mənzil İnşaatı Dövlət Agentliyi bu ilin sentyabrın 5-də ilkin 324 mənzilin satışını həyata keçirib.Növbəti ildən isə layihəyə uyğun olaraq digər mənzillərin dəmərhələli şəkildə satışı həyata keçiriləcək.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO








