175 nömrəli avtobusdan sərnişinlərin düşürülməsinə münasibət

Bakı Nəqliyyat Agentliyi 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusdan sərnişinlərin düşürülməsinə dair yayılan məlumata münasibət bildirib. Avtosfer.az xəbər verir ki, qurumun mətbuat katibi Mais Ağayev Trend-ə bildirib ki, məsələ Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılıb: "Müəyyən edilib ki, 14.09.2018-ci il tarixində saat 18:30 radələrində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus “28 May” metrostansiyasının qarşısından Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlayıb. Lakin həmin ərazidə tıxac olduğundan avtobus uzun müddət hərəkət edə bilməyib. Bu zaman sərnişinlər sürücüdən avtobusun qapısını açmağı və onların düşməsinə şərait yaradılmasını tələb ediblər. Sürücü öz növbəsində bu barədə “BakuBus” MMC-yə məlumat verdikdən sonra sərnişinlər üçün müvafiq şərait yaradıb. Bir neçə sərnişin istisna olmaqla, qalanları avtobusu tərk edib. Avtobusdan düşməyən sərnişinlər tıxac aradan qalxandan sonra avtobusun salonunda olan sərnişinlərlə birgə Hövsan qəsəbəsi istiqamətinə yollanıb". M.Ağayev əlavə edib ki, məsələnin həqiqətə uyğun olmayan tərzdə təqdim edilməsi təəssüf doğurur: "Media nümayəndələrindən bir daha xahiş edirik ki, müntəzəm sərnişindaşıma ilə bağlı hər hansı bir məlumatı dərc etməzdən öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər".
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










