2 nömrəli avtobusla bağlı şikayətlərə RƏSMİ CAVAB

Bakıda son zamanlar ictimai nəqliyyatın, xüsusilə də, avtobusların fəaliyyətində müsbət irəliləyişlər gözə çarpır. Yenilənən avtobuslar, marşrut avtobuslarının rahat hərəkəti üçün ayrılan xüsusi zolaqlar, gedişhaqqının ödənilməsində rəqəmsallıq və s. bunlara nümunədir. Lakin bəzi vaxtlarda avtobusların intervalının çoxluğu və ya intervalda yaranan gecikmələr problem olaraq qalır. Belə hallardan biri bu gün, may ayının 15-də 2 nömrəli marşrut avtobusunda yaşanıb. Belə ki, səhər 2 nömrəli marşrut avtobusu “Nəriman Nərimanov” metro stansiyası dayanacaq məntəqəsinə (Dərnəgüldən - Avtovağzal istiqamətində) 22 dəqiqədən sonra gəlib. Sözügedən dayanacaqda 2 nömrəli avtobus səhər 08:55-də və təxminən, 22 dəqiqə sonra, yəni 09:17-də dayanıb. Bu da dayanacaqda gözləyən insanların sayının artmasına, avtobusda sxılıq yaranmasına, ən əsası, sərnişinlərin mənzil başına gecikməsinə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı “BakuBus” MMC-dən Bizim.Media-ya bildirilib ki, Monitorinq Mərkəzi tərəfindən aparılmış araşdırma nəticəsində həmin dayanacaq məntəqəsindən saat 08:51, 08:55 və 09:16 radələrində 2 nömrəli marşrut xətti üzrə avtobusların keçidi qeydə alınıb.
Qeyd edilib ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 25 avtobus vasitəsilə təmin edilir və xətt üzrə hərəkət intervalı orta hesabla 8-9 dəqiqə təşkil edir.
Bildirilib ki, pik saatlarda Süleyman Sani Axundov küçəsi, Cəfər Xəndan küçəsi, Əhməd Rəcəbli küçəsi, Heydər Əliyev prospekti, Moskva prospekti, Puşkin küçəsi, Çernyaevski küçəsi və Ağa Nemətulla küçəsi ərazilərində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən avtobuslararası intervalın müvəqqəti olaraq artması halları baş verir.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












