20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb - FOTO

Balakən rayonunda həmkəndlisinin evindən qızıl-zinət əşyaları oğurlayan iki nəfər saxlanılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun İtitala kənd sakini, Fatimə Hacı qızı İsayevanın mənzilindən 4 ədəd qızıl boyunbağının, 3 ədəd qızıl qolbağın, 5 ədəd qızıl üzüyün, 5 cüt qızıl sırğanın, 3 ədəd gümüş boyunbağının, 2 cüt gümüş sırğanın, 3 ədəd gümüş üzüyün və 4 ədəd gümüş qolbağın (ümumilikdə 20 min manat dəyərində qızıl-zinyət əşyaları) oğurlanması barədə Balakən rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsayevaya məxsus evdən qızıl-zinət əşyalarını oğurlayanların elə onun həmkəndliləri:- 1998-ci il təvəllüdlü Natiq Mehman oğlu Həsənov və 1997-ci il təvəllüdlü Nuru İsa oğlu Şabanov olduqları müəyyən olunub. N.Həsənov və N.Şabanov saxlanılaraq istintaqa təhvil veriliblər. Onların F.İsayevanın evindən oğurladıqları qızıl-zinət əşyaları maddi sübut kimi istintaqa təhvil verilib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.
Namiq
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu












