"20 Yanvar"ın keçidi niyə bağlandı?

"20 Yanvar" metro stansiyasının bağlanan keçidində hərəkət bərpa olunub. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, saat 20:00-dan etibarən "Azərsu" istiqamətindəki keçid sərnişinlərin istifadəsinə verilib. Qeyd edək ki, metro keçidinin hansı səbəbdən bağlaması barədə dəqiq məlumat yoxdur.
***
Bakı metrosunun "20 Yanvar" stansiyasının keçidlərindən biri bağlanıb. Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, stansiyanın "Azərsu" ASC istiqamətindəki çıxışı məlum olmayan səbəbdən bağlanıb, əraziyə polis və FHN əməkdaşları cəlb olunub. Sakinlər həmin yerdən içəri buraxılmır, girişin hansı səbəbdən bağlanması barədə heç bir məlumat verilməyib. "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, bağlanan keçid qurumun balansında deyil. "“Azərsu” tərəfdən olan keçiddə problem yarandığı üçün bağlanıb. Lakin stansiyaya digər girişlərin hamısı açıqdır və hərəkət normal qaydada davam edir. Qatarların hərəkətində də problem yoxdur”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












