2018-ci ildə dünyada ən çox satılan avtomobillər - SİYAHI

"Focus2Move” tədqiqat təşkiları dünyada ən çox satılan 10 avtomobilin siyahısını dərc edib. Avtosfer.az bu siyahını oxucuları ilə bölüşür.

10.Ford Focus
Qiymət: 17.950-41.120 dollar arası
"Ford” şirkətinin istehsalıdır. Avropada istehsal edilir və avropalılar üçün nəzərdə tutulub.

9.Honda CR-V
Qiyməti; 30.690-33.290 dollar arası
Çin bazarında ilk yolsuzluq avtomobillərindən biridir. 2 litr həcmli mühərrik və tam ötürücülü sistemə görə çox sevilir. Çin bazarına düşdükdən sonra qiyməti artıb. Bu günə qədər 158 milyon 786 min model satılıb.

8.Toyota Camry
Qiyməti: 23.500-35.500 dollar arası
Top onluqda B sinfinə məxsus yeganə avtomobildir. Yüksək etibarlılıq və texniki xarakteristikasına görə belə uğur qazanıb. Bu günə qədər 167 milyon 440 min model satılıb.

7. Volkswagen Polo
Qiyməti: 18.461-21.007 dollar arası
Top onluqda A sinfinə məxsus yeganə avtomobildir. 1975-ci ildən istehsal edilir. Qənaətcil və yığcam avtomobildir. Avropada çox populyardır. Bu günə qədər 173. Milyon 837 min model satılıb.

6.Volkswagen Tiguan
Qiyməti: 34.490-45.490 dollar arası
İlk modelin istehsalından 7 il sonra ikinci model təqdim edilib. Hər iki modelə böyük tələbat olub. TSİ mühərriki və DSG sürətlər qutusu avtomobili maksimal etibarlı edir. Bu günə qədər 194 milyon 431 min model satılıb.

5.Toyota RAV4
Qiyməti: 24.510-32.800 dollar arası
İlk şəhər yolsuzluq avtomobili kimi yaxşı nüfuza malik olub. Qlobal reytinqdə "CR-V” və "Tiguan” modellərini üstələyir. Bu günə qədər 198 milyon model satılıb.

4.Honda Civic
Qiyməti: 18.840-21.240 dollar arası
Top onluğun ən böyük "qara ayğır”ı sayılır. 2016-cı ildə siyahıda 10-cu yeri tutmuşdu. 2017-ci ildən 4-cü pillədə qərarlaşıb. Çində istehsal edilən 10-cu nəsil "Civic” siyahıda irəliləyib. Bu günə qədər 198 milyon 507 min model satılıb.

3.Volkswagen Golf
Qiyməti: 24.755 dollardan başlayır.
Dünyanın ən yaxşı hetçbekidir. Çox geniş yayılıb və ən yaxşı satılan hetçbekdir. "Golf”un bir neçə versiyası var. Bu günə qədər 228 milyon 786 min model satılıb.

2.Ford F-Series
Qiyməti: 400 min dollar
Çində bu avtomobilin ən populyar modeli "F-150 Raptor”dur. Ford şirkəti geniş pikap seriyasına malikdir. 2017-ci ildə F seriyasının satışları rekord həddə çatdı. 28 il ABŞ-da ən çox satılan maşın olub. Bu günə qədər 248 milyon 118 min model satılıb.

1.Toyota Corolla
Qiyməti: 18.600-22.080 dollar arası
Bir il ərzində 1 milyondan çox maşın satılıb. Bu isə ötən il ilə müqayisədə 5.8 faiz azdır. Toyota şirkətinin ən yaxşı modellərindən biri sayılır. 1997-ci ildən ən yaxşı satılan maşın sayılır. İlk nəsil "Corolla” 44 milyon model satıb. Bu günə qədər isə 304 milyon 304 min model satılıb. (Ölkə.az)
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










