2050-ci ildə okeanda plastik tullantıların miqdarı balıq sayından daha çox olacaq - PROQNOZ

İnkişaf etmiş ölkələrdə il ərzində adambaşına düşən tullantının miqdarı 400-500 kiloqram arasında dəyişir. Azərbaycanda isə bu rəqəm 350 kiloqramdır.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Etibar Abbasov deyib.
E.Abbasov vurğulayıb ki, tullantıların idarə olunması ətraf mühitin qorunmasında böyük rol oynayır. Onun sözlərinə görə, Azərbaycanda bu sahəyə böyük diqqət yetirilir: "Ölkənin inkişaf səviyyəsindən asılı olaraq adambaşına düşən tullantı miqdarı da dəyişir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrdə adambaşına düşən tullantının miqdarı 100-200 kiloqram arasında dəyişir".
ASC sədri vurğulayıb ki, BMT-nin hesabatına görə hər il okeana 8 milyon ton plastik tullantı atılır: "Bu, belə davam edərsə, 2050-ci ildə dünya okeanında plastik tullantıların miqdarı balıq sayından daha çox olacaq. Bu isə ekoloji fəlakət deməkdir. Dünya məhz həmin tullantıların tənzimlənməsi üçün müxtəlif üsullar axtarışındadır. Fikrimizcə, ən effektiv üsullardan biri istehsalçının genişləndirilmiş, məsuliyyət mexanizminin tətbiq edilməsidir. Bu üsulla istehsalçı və idxalçı məhsulun həyat dövranı bitdikdən sonra onun utilizasiyasını üzərinə götürür".
E.Abbasov deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen paketlərin istifadəsinin azadılması istiqamətində optimal variantlar axtarışındadır: "Yaxın gələcəkdə həmin məhsulların məişətdə istifadəsinin tədricən azaldılması nəzərdə tutulur. Bununla əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb".
Qurum rəsmisi əlavə edib ki, istehsalçı ilə yanaşı, vətəndaş məsuliyyəti də önəmli rol oynayır.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












