217 saylı uşaq bağçasında istilik verilməsi niyə dayandırılıb?

Bakının Xətai rayonunda fəaliyyət göstərən 217 saylı uşaq bağçasının istilik sistemində problem yaranıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, sistemdə baş verən qəza nəticəsində istiliyin verilməsi dayandırılıb. Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Trend-ə bildirib ki, uşaq bağçasına istilik vaxtında verilib: "Lakin bağçanın daxili xətlərində problem yarandığından istiliyin verilməsi dayandırılıb. Daxili xətlər təmir olunduqdan sonra bağça yenidən istiliklə təchiz olunacaq".
Uşağ bağçasının rəhbərliyindən bildirilib ki, müəssisə yaxın günlərdə yenidən istiliklə təchiz olunacaq: "Daxili xətdə qəza baş verdi, bağçanın zirzəmisi su ilə doldu. Dərhal istiliyin verilişi dayandırıldı və zirzəminin suyu çəkildi. Hazırda zirzəminin qurumasını gözləyirik. Artıq sabahdan etibarən xətlərin yenilənməsinə başlanacaq və yaxın günlərdə bağçanın istiliklə təchizatı bərpa olunacaq".
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












