22 yaşlı taksi sürücüsü qətlə yetirildi - Rusiyada

Rusiyanın Ryazan şəhərində 22 yaşlı azərbaycanlı qətlə yetirilib. APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, hadisə mayın 2-də baş verib. Taksi fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü azərbaycanlı 47 yaşlı sərnişini tərəfindən bıçaqla qətlə yetirilib.
Rusiya İstintaq Komitəsinin Ryazan vilayəti üzrə Baş İstintaq İdarəsinin yaydığı məlumata əsasən faktla bağlı RF Cinayət Məcəlləsinin 105.1-ci maddəsi (Qəsdən adamöldürmə) cinayət işi açılıb. İstintaqın versiyasına görə, mayın 2-də gecə saatlarında şəxsi "Nissan Almera" avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlı (adı açıqlanmır) sərxoş vəziyyətdə olan 1961-ci il təvəllüdlü sərnişini tərəfindən bıçaqlanıb. Sərnişin azərbaycanlı gəncin boğaz nahiyəsinə bıçaqla zərbələr endirib. Azərbaycanlı gənc maşından çıxaraq kömək çağıra bilib. Onu xəstəxanaya çatdırıblar. Lakin azərbaycanlı gəncin həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Yerli KİV-lərin yaydığı məlumata görə, azərbaycanlı gənc atası ilə birlikdə Ryazanda yaşayıb, anası isə Azərbaycanda yaşayır. Mərhumun dörd aylıq körpəsi var.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










