23 yaşlı gəlin evdən qaçdı - Video

Şəki rayonunun Baş Zəyzid kənd sakini Aygün Mustafayeva gecə saatlarında evdən qaçıb. Avtosfer.az xəbər verir ki, kənd sakini 29 yaşlı Pərviz Abdullayev 6 il əvvəl 23 yaşlı Aygün Mustafayeva ilə ailə həyatı qurub. Onlar bu müddət ərzində Baş Zəyzid kəndində yaşayıblar. Aprelin 26-da gəlin həyat yoldaşı ilə birlikdə ərinin əmisinin evinə qonaq gediblər.
Gecə də orada qalmalı olublar. Gecə saatlarında gəlin Aygun Mustafayeva əşyalarını da götürüb, ailə üzvləri şübhələnməsin deyə, paltarın üstündən yataq paltarlarını geyinərək həyətə çıxıb. Ev sahibi Ələddin Abdullayev deyir ki, həyətdən səs gəlib, gəlinin əri Pərvizi oyadıb. Məlum olub ki, Aygün Mustafayeva üstdən geyindiyi paltarları cıxarıb, həyətin aşağı hissəsinə atıb və çəpərdən keçərək naməlum istiqamətdə gedib.
Gəlinin qayınatası İsa Abdullayev bildirib ki, onların rəsmi nikahı olmayıb. Onun hansı istiqamətə getdiyi məlum deyil. O bildirib ki, Aygünün valideynləri də boşanıb.
Hadisə ilə bağlı Şəki rayon polis şöbəsinə müraciət olunub. Faktla baglı araşdırma aparılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












