25 nəfər bir-birini qucaqlayıb yandı - Yanğın dəhşəti - FOTO

Xəbər verdiyimiz kimi, Yunanıstanda başlayan meşə yanğınları artıq paytaxt Afinaya qədər çatıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 77 şəxsin ölümünə səbəb olan meşə yanğınlarından qaçmaq üçün dənizə sığınanların bir qismi boğulub, xeyli insan isə itkin düşüb. Yanğın baş verən zaman Afinaya səyahət edən Giannis Labropoulos gördüklərini BBC-ə danışıb: “20 metr uzağı görmək mümkün deyildi. Bir anda istini yanımızda hiss etdik və yanğın olduğunu gördük. Yanğın çox sürətli yayılmağa başladı və mən gördüklərimə inana bilmirdim”.
Ən böyük dəhşət isə Mati kəndində yaşanıb. Belə ki, yanğından qaçmaq istəyən 25 nəfər sıldırım qayalığa qalxıb. Ya oradan tullanmaq, ya da, yanaraq ölmək arasında seçim etməli olan sakinlər bir-birinə qısılaraq son ana kimi qayada xilas olmağı gözləyib. Ancaq saatlar sonra əraziyə enə bilən xilasetmə əməkdaşları aralarında uşaqların da olduğu həmin 25 nəfərin bir-birini qucaqlamış halda cəsədlərini tapa bilib. Yanğın zamanı Matidə olan George Vokos və ailəsi dənizə tərəf qaçaraq həyatda qalmağı bacarıb: “Maşınlarımı və evimi itirdim. Ancaq ən dəhşətlisi orada yaşananlardır. İki qadın qucağımda can verdi. Xoşbəxtlikdən mən sağ qala bildim”.
Ancaq dənizə qaçanlardan hamı sağ qala bilməyib. Belə ki, bu yolu seçən yüzlərlə insanı dənizdə yüksək dalğalar qarşılayıb. Odur ki, xeyli insanın dənizdə itkin düşdüyü və boğulanların olduğu bildirilib.






Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












