"270 dövlət müəssisəsi rəqəmsal ehtiyatlarını "hökumət buludu"nda yerləşdirib" - Rəşad Nəbiyev

Azərbaycanın data mərkəzi - yəni "Hökumət buludu" tam şəkildə qurulub.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
"Ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başladıqda təxminən 50 dövlət müəssisəsi burada rəqəmsal ehtiyatlarını yerləşdirirdisə, artıq bu gün bu rəqəm 270-ə çatdırılıb. "SİMA" biometrik imzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi, nadir istifadəçi artıq son üç ildə bu imzadan istifadə edir.
"SİMA"nın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırıb. Misal olaraq qeyd edim ki, bu gün bizim vətəndaşlarımız bankda hər hansı bir depozit hesabın açılması və yaxud da artırılmasını - istənilən bank əməliyyatlarını banka getmədən aplikasiyalar üzərindən tam şəkildə həyata keçirə bilirlər", - deyə nazir qeyd edib.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












