30 min dollar və 100 minlik qızıl olan seyfi oğurlayan şəxslərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində evdən içərisində 30 000 dollar və 100 000 manat dəyərində qızıl olan seyf oğurlamaqda təqsirləndirilən Aslan Qasımov, Familə Vəliyeva, İmamverdi Həsənov, Elnur Aslanov və Sahib Həsənbəylinin cinayət işi üzrə üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il aprelın 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai rayon Polis idarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib. Cinayət işi üzrə iki nəfər - Yelena Kobelkova və Abil Qədirov zərərçəkmiş qismində tanınıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












