30 yanacaqdoldurma şirkəti cəzalandırıldı – 8 milyonluq cərimə

Türkiyədə 30 yanacaqdoldurma və maye qaz şirkəti toplam 7 milyon 915 min lirə həcmində cərimə olunub. Oilgas.az xəbər verir ki, Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) sözügedən məsələ ilə bağlı elanı bu gün Rəsmi Qəzetdə dərc olunub. EPDK LPG maye qaz doldurma məntəqələrində nizamnamədə qeyd olunmasına rəğmən mütəxəssislərin çalışdırılmaması, tərkibi bitki və mineral yağ qarışımından, eləcə də təbii həlledicidən ibarət standart yanacağa uyğun gəlməyən məhsulun satışı, saxta sənəd düzəldərək lisenziyanın verdiyi hüquqlar xaricində fəaliyyət göstərmək, yenidən satış həyata keçirmək, sistemdə nasazlıq olmasına baxmayaraq yanacaq doldurmağa davam etmək, elan lövhəsində maye qazın satış qiymətlərinin göstərilməməsi və s səbəblərlə şirkətlərə cəza tətbiq edib.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










