32 OKTYABR: "Bunun axırı hara gedir?" - VİDEO

Bəzi qida istehsalçılarının vaxtı keçmiş məhsullarının üzərinə yenidən tarix vurması, istehsal tarixini bilərəkdən qabağa çəkməsi və sair bu kimi faktlar dəfələrlə aşkarlanıb. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, başları o qədər pul qazanmağa qarışan belə dırnaqarası istehsalçılar bu dəfə aya yeni gün əlavə ediblər - 32-ci gün. Paytaxtda istehsal olunan un məhsulunun istifadə müddəti ilə bağlı ortaya çıxan məqam böyük təəcübə səbəb olub. Gülüş doğuran məqam sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub, belə ki, bəzi sahibkarlar oktyabra bir gün də əlavə ediblər. Kəşflərini isə şirniyyatın qablaşdırdıqları vasitənin üzərində elan ediblər. Un məmulatının üzərində istehsal tarixi kimi 32 oktyabr 2018-ci il yazılıb.
Eyyub Hüseynov - Ekspert: "Bizə gələn nümunələr içərisində fevralın 30-da istehsal olunan məhsullar da var. Tutaq ki, ayın ikisidi, istehsal tarixini dördünə yazırlar. İstehlakçıları aldadırlar".
Sakin: "Pendir almışam, evə gələndə baxıb görmüşəm ki, xarabdır".
Sakin: "Camaat zəhərlənə bilər. Bunun axırı hara gedir?".
Sakin: "Marketlərdə də, balaca maqazinlərdə də başıma gəlib, görmüşəm".
Eyyub Hüseynov - Ekspert: "İstehlakçı zərər görübsə, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanunun 26-cı maddəsinə əsasən məhkəmə iddiası qaldıra bilər".
Qanuna görə istehsal müddəti bitmiş və ya mənşəyi bilinməyən məhsula görə, sahibkara 1500 manat cərimə nəzərdə tutulur. Təqvimə yeni gün əlavə edən bu cür istehsal müəssələri üçün ən böyük cərimə isə itirilən etibardır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












