33 yük maşının sürücüsü və köməkçisi qətlə yetirilib

Hindistan polisi son 10 ildə 33 yük maşını sürücüsü və köməkçisini qətlə yetirdiyini etiraf edən kişini həbs edib. Bundan əlavə, o, əlbir olduğu şəxslərlə birgə yük maşınlarının içindəkiləri və onların özlərini satıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, kişi Bxopal şəhərində saxlanılıb. Polisin sözlərinə görə, onlar yük maşını sürücülərinin bir sıra oxşar qətllərini təhqiq edən zaman caninin izinə düşüblər. Əvvəlcə saxlanılan şəxsin bu cinayətlərlə əlaqəli olmadığı görünsə də, əvvəl saxlanılan cinayət yoldaşları onun əleyhinə ifadə veriblər. Tezliklə residivist etdiyi əməli boynuna alıb və cinayətlərin təfərrüatlarını danışıb. O, əvvəlcə yolüstü kafelərdə sürücülərə yaxınlaşaraq onlarla münasibət qurub, sonra yeməklərinə yuxu gətirən maddə töküb. Daha sonra o yük maşınının sükanı arxasına keçərək öz qurbanlarını qapalı məkana aparıb və orada qətlə yetirib. Caninin əlbir olduğu şəxslər ona yük maşınları ilə daşınan malları və yük maşınlarını satmaqda kömək ediblər.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












