4 nəfərin öldüyü dəhşətli qəzada sağ qalan sürücünün işi - "Bir nəfər sağ idi"

4 nəfərin ölümündə ittiham edilərək həbs edilən şəxs hakim qarşısına çıxarılıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümünə səbəb olan avtoqəza törətməkdə ittiham edilən Elturan Fərəcovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid Tahir Səfərov ifadə verib. Şahid deyib ki, qəzada iştirak edən "KamAZ"ın arxasınca hərəkət edirmiş: "Məsafəmiz 100 metr olardı. Mən qarşıda maşının "stop"larının yandığını gördüm. Sonra toz-duman oldu, işıqları söndü. Maşını sağa çəkib saxladım. Qarşıdakı "Kamaz"ın qoşqusuna maşın çırpılmışdı. Polisə məlumat verdik. Maşında bir nəfər sağ idi. Onu çıxarmağa kömək elədim".
Hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib.
Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.
Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri dünyasını dəyişib.
Onlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğludur.
Qəzada iki nəfər də yaralanıb.
Ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.
“KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.
Qəza zamanı yalnız "KamAZ"ın sürücüsü ilə mikroavtobusun sürücüsü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarət almayıb.
Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.
Qəzadan sonra Elturan Fərəcov həbs edilib. O, Cinayət Məcəlləsinin 263.3-cü (2 və daha çix şəxsin ölümünə səbəb olan avtomobil qəzası törətmə) maddəsi ilə ittiham edilir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












