40 yaşlı kişi toyda qətlə yetirildi - Ağcabədidə

Ağcabədidə qətl hadisəsi törədilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə sentyabrın 4-də gecə saat 22 radələrində rayonun H.Aslanov küçəsindəki "Qızıl Saray" şadlıq evində keçirilən toy məclisində baş verib. Ağcabədi şəhər sakini, 1990-cı il təvəllüdlü Qurbanzadə Qurban Azər oğlu toyda şəxsi münasibətlər zəminində həmyerlisi, 1978-ci il təvəllüdlü Sadıqov Zaur Məzahir oğlu ilə mübahisə edib. Mübahisə zamanı Q. Qurbanzadə üzərində gəzdirdiyi bıçaqla Z.Sadıqova çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Z.Sadıqov toy iştirakçıları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Q.Qurbanzadənin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












