400 min manatlıq dələduzluq edən şəxsin əmlaklarının üzərinə həbs qoyulub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qardaşı Məqsəd Babayev şahid qismində ifadə verib.
O, zərərçəkmiş şəxslərə vurulan ziyandan bir hissəsinin ödənildiyini bildirib. M.Babayev qardaşının əməllərindən xəbərsiz olduğunu və pulun iş qurmaq adı ilə alındığını deyib.
Daha sonra zərərçəkmiş Valeh Əliyevin nümayəndəsi vəsatət qaldırıb. O, təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoyulmasını və əmlakların dəyən zərərin ödənilməsi üçün müsadirə edilməsini istəyib.
Hakim vəsatəti təmin edib.
Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.
Qeyd edək ki, B.Babayev Bakı şəhər sakinləri - Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.
B.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










