450-dən çox məhkum elektron qolbaq daşıyır - VİDEO

Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli qərarı ilə müvafiq cəzanın və bununla bağlı elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Noyabr ayının əvvəlinə olan məlumata görə, ölkədə 450-dən çox məhkum elektron qolbaq daşıyır və onlar müvafiq cəzalarını çəkirlər. Sistem 3 hissədən - məhkumun ayağına bağlanan qolbaqdan (08:20, 17:13), evdə quraşdırılan və qolbaqdakı məlumatları mərkəzə ötürən "Ev siqnal qurğusu"ndan (08:45, 17:08) və mobil nəzarət cihazından ibarətdir. Bu vasitələrlə məhkumlar üzərində aparılan bütün izləmə məlumatları Elektron Monitorinq Mərkəzi tərəfindən qəbul edilir və məhkum edilmiş şəxslərlə operativ əlaqə təmin olunur. Mərkəz ilin bütün günləri 24 saat fasiləsiz fəaliyyət göstərir. (13:54, 21:23)
Məhdudiyyəti pozan şəxsin tapılması və onunla əlaqə saxlanılması üçün bir sıra operativ tədbirlər həyata keçirilir. "Elektron qolbaq" sisteminin tətbiqi xarici mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilib. Çünki bu zaman məhkum cəmiyyətdən təcrid edilmədən cəzasını çəkir.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












