5 gün əvvəl maşının vurduğu 75 yaşlı qadın öldü - ZAQATALADA

Zaqatala rayonunda beş gün əvvəl avtomobilin vurduğu 75 yaşlı qadın xəstəxanada ölüb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə oktyabrın 21-də axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 126-cı kilometrliyində qeydə alınıb. Zaqatala rayonunun Muğanlı kənd sakini, 1943-cü il təvəllüdlü Məryəm İslam qızı Əhmədova rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən Əliabad qəsəbəsinin sakini Tofiq Saleh oğlu Əhmədovun idarə etdiyi “Opel Vectra” markalı, 10 UT 450 dövlət qeydiyyatı nişanlı minik avtomobili tərəfindən vurulub. Yaralı ağır qapalı kəllə-beyin travması ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərinin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












