5 milyonluq cərimə təsadüfən necə ləğv oldu?

Moskva polisi 5 milyonadək ödənməmiş cərimə barədə nə edəcəyini bilmir. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, kompüter sistemindəki nasazlıq bu qədər cərimələrdəki sürücülərin adlarını və ünvanlarını silib. Bəzi mütəxəssislər deyirlər ki, Rusiya bütün ölkə boyunca yol polisinin tam mərkəzləşdirilməsinə keçib və qəzanın da bu səbəbdən baş verdiyi düşünülür. Rusiya Yol Təhlükəsizliyi Baş İdarəsinin rəhbəri Mixail Çernikov deyib ki, indi sistem az-çox düzgün işləyir və keçid dövründə belə qüsurlar tamamilə başadüşüləndir: "Evlərə göndərilməli olan cərimə bildirişlərindən ya adlar pozulub, ya da ünvanlar natamamdır". Buna baxmayaraq, texniki qəza nəticəsində itirilən cərimə pullarının təkcə 2016-2017-ci illərdə 15 faiz təşkil etdiyi deyilir.

Moskvada yol polisi
Qayda pozanlar məmnundurlar
Kommersant qəzetinin yazdığına görə, moskvalılar baş vermiş nasazlıqdan şikayət etməyi düşünmürlər. Qaydanı pozanlar isə hardansa eşidiblər ki, itmiş cərimə qəbzlərindəki xətaları sürücülərə "bağışlayıblar". Bir Twitter istifadəçisi yazıb: "Bəzən şad xəbərlər də olur". Lakin belə görünür ki, avtomobil həvəskarları sevinməyə tələsməməlidirlər. Çernikov deyib ki, əgər yerli bələdiyyələr avtomobillərdən çıxan tullantı qazlarına məhdudiyyət qoysalar, onda köhnə maşınların mühafizə olunan zonalara daxil olması da cərimələrlə nəticələnəcək. Bununla belə, Rusiyada tullantı qazları barədə məlumat olmayan avtomobillər 60 faiz təşkil edir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












