5 min manatlıq ziyana 975 manat - Sığorta şirkətindən şikayət

"Sığorta şirkəti avtomobilimə dəymiş ziyanın heç 1/5-ni ödəmir. Maşınıma 5 min manata yaxın ziyan dəyib, ancaq şirkət 975 manat pul ayırıb". Bunu “Report” açıqlamasında Lənkəran rayon sakini Amid Nazim oğlu Həsənov deyib.
Zərərçəkmişin şikayəti Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindəndir ("Azərsığorta").
Onun sözlərinə görə, bu il mayın 7-də ona məxsus 99-BC-481 dövlət nömrə nişanlı, "Mercedes E-220" markalı minik avtomobili 44-CA-744 dövlət nömrə nişanlı "Mercedes E-240" markalı maşın tərəfindən vurulub. Hadisə Masallı rayonunda baş verib. A.Həsənovun sözlərinə görə, qarşı tərəfin avtomobilini icbari qaydada sığortalamış "Azərsığorta"nın nümayəndəsi hadisə yerinə gəlməyib və onun çəkdiyi fotolar əsasında dəymiş ziyanın məbləğini müəyyən edib.
“Pul ayrılsa da, mən o pulu qəbul etməmişəm. Hazırda maşın da olduğu kimi qalıb. Dəfələrlə şirkətə müraciət etsəm də, hər gün deyirlər ki, təkrar baxış edərik. Ancaq heç kim gəlib baxmır. Şikayət etdiyimiz üçün kobud danışırlar”, - deyə şikayətçi qeyd edib.
"Report" məsələ ilə bağlı sığorta şirkəti ilə əlaqə saxlayıb. "Azərsığorta"dan bildirilib ki, şirkət müəyyənləşdiyi sığorta ödənişi məbləğinə tam cavabdehdir, çünki həmin məbləğ təmir xidməti ilə birlikdə hesablanır: "Təmir xidməti hesablanmış məbləğə avtomobili təmir edəcəyini bildirdikdən sonra, həmin məbləği vətəndaşa təklif edirik. Vətəndaşların istəyi ilə təmir bir neçə yerdə həyata keçirilə bilər”.
Öz növbəsində zərərçəkmiş A.Həsənov qeyd edib ki, sığorta şirkəti tərəfindən ayrılmış pula uyğun avtomobilini tam təmir etdirmək qeyri-mümkündür.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI












