5 nəfəri aldadaraq pullarını alan şəxsi polis yaxaladı

Şəmkir rayonu ərazisində dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini polis əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini M.Abbasovun bank hesabından 200 manatını çıxararaq oğurlamaqda, həmçinin rayon sakinləri olan 2 qadını aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini Əli Əzizov olduğu müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən Ə.Əzizovun törətdiyi digər analoji əməllərinin də üstü açılıb. Onun cari il oktyabr ayının 21-dən noyabr ayının 5-dək olan müddətdə şəhər sakinləri olan daha 2 qadını aldadaraq bank hesablarındakı 340 manatı kart vasitəsilə çıxardığı da müəyyən edilib. Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












