5 nəfərin ölümünə səbəb olan sürücünün işi apellyasiya məhkəməsinə göndərilib - Lənkəranda

Ali Məhkəmədə 5 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanı törədən Eldar Aslanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. İttiham aktına əsasən, 2016-cı il sentyabrın 10-da Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil rayonun Parakənd qəsəbə sakini E.Aslanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsi zamanı "VAZ-2106" markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Boladi kənd sakini Bəxtiyar Quliyev, sürücünün həyat yoldaşı Əzizə Quliyeva, Boladi kənd sakinləri Bahar Bağırova və Nazilə Seyfullayeva dünyasını dəyişiblər. "Mercedes"in sürücüsü E.Aslanov, eləcə də Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli, Elvin Mirzəzadə və rayonun Boladi kənd sakini Reyhan Mahmudova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan biri - R.Mahmudova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib. İstintaq araşdırması zamanı yol-nəqliyyat hadisəsinin törədilməsində sürücü E.Aslanov təqsirli bilinərək həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin edib və bəraət hökmü çıxarıb. Məhkəmə E.Aslanovun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












