5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsində vəkil etiraf edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində vəkil Şükür Şıxıyev ifadə verib. O bildirib ki, H.Quliyevin cinayət işinin ibtidai istintaqı zamanı onun müdafiəçisi olub: "Heydər Quliyev mənim yanımda imtina etməyib. Onun yanında olmamışam. Hadisə yerinə baxış keçirilən zaman Heydər Quliyevin yanında idim". Təqsirləndirilən şəxs isə deyib ki, həmin vaxt vəkil Ş.Şıxıyev onun yanında olmayıb: "Mən tək olmuşam". Ş.Şıxıyev söyləyib ki, H.Quliyevə cinayət işi başlanılan zaman onun hüquqlarını müdafiə edib: "Sonra işə vəkil Ceyhun Yusifov qoşuldu və mən bu işdən uzaqlaşdım". Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxsin iştirakı olmadan vəkil Ş.Şıxıyev sənədlərə qol çəkib. Ş.Şıxıyev isə vurğulayıb ki, sənədlərlə tanış olandan sonra onları imzalayıb: "Bəli, mən Heydər Quliyev ifadə verəndə onun yanında olmamışam. Ekspertiza rəyinə baxanda gördüm ki, Heydər Quliyev günahkardır. Özü isə orada yox idi. Bildim ki, buna görə məni yenə idarəyə çağıracaqlar. Ona görə də sənədlərə qol çəkdim. Bəli, buna görə günahkaram və məsuliyyət daşıyıram". Məhkəmənin hazırlıq iclası noyabrın 28-də davam etdiriləcək. Qeyd edək ki, hadisə ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən avtomobil yolunda baş verib. H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












