5 nəfərin telefonunu oğurlayan şəxs saxlanılıb - FOTO

Bakının Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəlli tutulub. Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzində ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurladığı məlum olub. Belə ki, O.Gözəlli həmin obyektdə insanlar yemək yeyən zaman stolların üstündə olan və nəzarətsiz qalan mobil telefonları oğurlayıb. İstintaq zamanı saxlanılan şəxsin əldə etdiyi mobil telefonları satdığı məlum olub. Qeyd edək ki, saxlanılan şəxsin ticarət mərkəzində etdiyi oğurluqlar obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktlarla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin digər cinayətlərdə iştirakı da istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY















