5 qadını qətlə yetirən ata və oğulun apellyasiya şikayəti təmin edilməyib

Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşı və 4 qızını qətlə yetirən ata və onunla əlbir olan oğulun apellyasiya şikayətinə baxılıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Əliyev Fəqan Fərhad oğlu və Əliyev Fərhad Məhərrəm oğlunun apellyasiya şikayəti təmin edilməyib.
Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
2014-cü ilin mart ayında Salyanda 1961-ci il təvəllüdlü Mehparə Əliyeva və 4 qızı - 1985-ci il təvəllüdlü İradə Əliyeva, 1991-ci il təvəllüdlü Ümidə Əliyeva, 1998-ci il təvəllüdlü Rəqibə Əliyeva və 1987-ci il təvəllüdlü Sevda Əliyeva itkin düşüb. Üç il sonra məlum olub ki, ana və 4 qızı həyat yoldaşı Fərhad Əliyev və onunla əlbir olan oğlu Fəqan tərəfindən qətlə yetirilərək, meyitləri yaşadıqları evin zirzəmisində basdırılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev Fəqan Fərhad oğlu və Əliyev Fərhad Məhərrəm oğlu CM-nin 120.2.1, 120.2.4, 120.2.7 ömürlük olaraq azadlıqdan məhrum edilib.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










