5 qəpikdən 60 qəpiyə... — Azərbaycanda ictimai nəqliyyatın qiymət tarixi

Son statistik rəqəmlərə görə, 2025-ci ildə nəqliyyatçılar 2215.1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 89.1 faizi avtomobil nəqliyyatı, 10.2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Bildiyiniz kimi, ötən ilin sentyabrında Azərbaycanda avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edilib. Belə ki, sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olub. Həmçinin, taksilərdə də minimum gediş haqqı 2.50 təşkil edir.
Bəs son 30 ildə ictimai nəqliyyatda qiymətlər necə dəyişib?
Avtosfer.az xəbər verir ki, Bizim.Media bununla bağlı araşdırma aparıb.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra ictimai nəqliyyatda qiymət 2, 3 və 5 qəpik arasında dəyişib. Belə ki, 1996-cı ildə qiymət 5 qəpik təşkil edib və bu, 2009-cu ilə qədər sabit qalıb. 2009-cu ildə qiymət 15 qəpik olub. 2011-ci ildən 2018-ci ilədək qiymətlər 20 qəpik təşkil edib. 2018-ci ildə ictimai nəqliyyatdakı qiymətlərə yenidən baxılıb və 30 qəpiyə qaldırılıb. 2023-cü ildə 40, 2024-cü ildə 50 qəpiyə qaldırılan ictimai nəqliyyat qiymətinə ən son ötən il – 2025-ci ildə yenidən dəyişiklik edilib və 60 qəpik təşkil edib.
Avtobus və metrodan əlavə, trolleybus və tramvaylarda qiymətlər 3 qəpik təşkil edib. Lakin 2004-cü ildən etibarən ölkəmizdə tramvay şəbəkəsi xətləri sökülüb və traleybus ləğv edilib.
Taksilərdə isə qiymətlər indiki qiymətlərlə müqayisədə daha baha olub.
İndiki qiymətlərlə müqayisə etsək, o dövrdə taksi qiymətləri 2 dəfə daha baha qiymətə təklif olunub. Lakin o zamanlar avtobus, metroda qiymətlər kifayət qədər ucuz və münasib olduğu üçün vətəndaşlar taksilərdən çox da istifadə etməyib.
Qeyd edək ki, Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI










