500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə məlumat verib. "Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni qanunun təsiri altına düşən 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir", - o deyib. Nazir məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə mövcud vakansiyaların doldurulması üzrə görülən tədbirlərə də toxunub, ilk dəfə olaraq ali və bütün apellyasiya məhkəmələrinin 30 hakimin təyinatı ilə tam komplektləşdirildiyi bildirib, səlahiyyət müddəti bitmiş 60-dan çox, o cümlədən müşavirədə iştirak edən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi qeyd olunub, vətəndaşların haqlı narazılığını doğuran halların yolverilməzliyini vurğulayıb. Eyni zamanda şəffaf və çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə layiq bilinmiş 108 nəfər namizəd barəsində yaxın günlərdə təyinatların aparılacağı və bununla da hakim korpusunun tam əksəriyyətinin komplektləşdiriləcəyini deyib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












