500 min nəfərlik şəhər blokadaya düşdü - İran üçün kritik zərbə

ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan və ölkənin xarici ticarətinin təxminən yarısının həyata keçirildiyi Bəndər-Abbas şəhəri faktiki olaraq xarici dünya ilə əlaqədən məhrum olub. Şəhəri ölkənin digər hissələri ilə birləşdirən körpülər və dəmir yolu xətləri dağıdılıb.
Bəndər-Abbasda həmçinin İranın əsas hərbi dəniz bazası yerləşir. Bu baza Tehranın Hörmüz boğazına nəzarət imkanlarında mühüm rol oynayır.
Pentaqonun keçmiş əməkdaşı Maykl Rubin bildirib ki, ABŞ rəhbərliyi liman şəhərinin təcrid edilməsinin Hörmüz boğazında gəmiçiliyin bərpası üçün əsas amillərdən biri olduğuna getdikcə daha çox inanır. "Pentaqonda belə bir qənaət formalaşır ki, ABŞ bu vəziyyətə son qoymaq istəyirsə, başqa seçimi yoxdur", - deyə Rubin qeyd edib.
Nəşr vurğulayır ki, son zərbələr mümkün hərbi cinayətlərlə bağlı suallar doğurur. Belə ki, 1949-cu il Cenevrə Konvensiyalarına əsasən, müharibə aparan tərəflər hərbi obyektlərlə mülki infrastrukturu fərqləndirməlidirlər. ABŞ da həmin sənədi imzalayan tərəflər sırasındadır.
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












