500 qram kalium permanqanatın gətirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen cihazıyla baxış keçirərkən, plastik qabların içərisindəki maddənin təsviri şübhə doğurub. Bu səbəbdən vətəndaş saxlanılıb və onun yükü təkrar yoxlanılıb. Komitədən Avtosfer.az-a verilən məlumata görə, nəticədə vətəndaşa məxsus karton qutunun içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 5 ədəd - hər birinin təmiz çəkisi 100 qram olan və üzərində "Калий марганцевокислый" sözləri yazılmış plastik qablarda tünd bənövşəyi rəngli kristal formasında maddə aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, ümumi təmiz çəkisi 500 qram olan həmin maddə kalium permanqanatdır və "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO











