52 kq heroinin Avropaya daşınmasının qarşısını alındı - FOTO

Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı idarə etdiyi "Renault" markalı, 37B527/8-10 nömrəli yük nəqliyyat vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Niderland Krallığına "kiçik ölçülü transformatorlar" yükünü apararkən Astara Gömrük İdarəsinin idxal nəzarət xəttində saxlanılıb.
Sürücü ilə şifahi sorğu-sual aparılaraq idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, qanunla dövriyyəsi qadağan edilən, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının olub-olmaması soruşulub. O isə idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunan heç bir predmetin olmadığını bildirib.
Bundan sonra nəqliyyat vasitəsinə kinoloji xidməti iti tətbiq edilməklə baxış keçirilib. Baxış zamanı xidməti it yük maşınının qoşqusunun təkərlərinə reaksiya verib. Bu səbəbdən iki nəfər hal şahidinin iştirakı ilə qoşqunun təkərləri olan hissəsi təkrar yoxlanılıb. Xüsusi alət və avadanlıqlardan istifadə edilərək qoşqunun təkərləri açılıb. Nəticədə, təkərlərin arasında olan - xüsusi düzəldilmiş oxların içərisində, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən, üç ədəd oxun hər birində 1 ədəd olmaqla, cəmi 3 bağlama aşkar edilib.
Həmin bağlamalar açılarkən isə hər birinin içərisində 34 ədəd olmaqla, cəmi 102 ədəd falqalı kağız və şəffaf yapışqanlı lentlə sarınmış yastı-dairəvi formalı paketlər aşkar edilib. Daha sonra həmin paketlərin içərisində açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu müəyyən edilib.
Cəmi 102 ədəd paketdə aşkar olunan heroinin qablaşdırma ilə birgə ümumi çəkisi 52 kiloqram 390 qram təşkil edib.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















