55 dərəcəyə hesablanan İES 45 dərəcəyə niyə dözmədi? - RƏY

Mingəçevirdəki “Azərbaycan” İES 50-55 dərəcə istiyə hesablanıb, 40-45 dərəcə temperatur bu miqyasda qəzaya səbəb ola bilməz. Avtosfer.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekspert Telman Zeynalov deyib. Onun fikrincə, hadisə müvafiq qurumların öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibəti səbəbindən baş verib. “Nəzarətsizlikdən əsl fəlakət baş verə bilərdi. Azərbaycan prezidenti yanında ictimai struktur yaradılmalıdır. Prezident bu və ya digər qanunu qoyur, ictimai struktur isə həmin qanunun icrasına nəzarət edir. Bəzi məmurlar prezidentin bu tapşırığını yerinə yetirmirlər. Onlar məhkəmə qarşısına çıxarılmalı və sərt qaydada cəzalandırılmalıdır. Misal üçün, dövlət əmlakının mənimsənilməsində ittiham olunanlar ömürlük həbs edilsin”, - ekspert bildirib.
O qeyd edib ki, bir neçə ay əvvəl açıqlamasında 45 dərəcə istinin olacağı ilə bağlı proqnoz vermişdi. “Həmin vaxt soyuducu sistemlərlə bağlı düşünmək və İES-ə texniki baxış keçirmək lazım idi”, - Zeylanov əlavə edib.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










