59 yaşlı xanım mexanizator - VİDEO

Bərdə rayonunda bir xanım var ki, o kişi işini özünə peşə seçib. Avtosfer.az xəbər verir ki, 59 yaşlı Radə Məmmədova kombayn idarə edərək zəmi biçir. Kombayn sürən qadınidarə etdiyi ağır texnikanın öhdəsindən rahatlıqla gəldiyini deyir.
Mexanizator peşəsi ilə əsasən kişilər məşğul olsalar da, Radə Məmmədova bu işi özünə peşə seçən azsaylı qadınlardır.
59 yaşlı Radə Məmmədova Bərdə rayonunda ilk mexanizator qadın kimi tanınır. O, yeniyetmə yaşlarından bu cür ağır texnikalara maraq saldığını deyir. Gənc yaşlarından ağır texnikanın bütün sirlərinə yiyələnən Radə Məmmədova kombaynla sahələrdə arpa biçir. O, indiki texnikaların rahat idarə olunduğunu bildirir.
Xanım mexanizator deyir ki, evdə qadın işləri görməyə vaxtı yoxdur. Çünki o, səhər evdən çıxır, axşam evə qayıdır.
Nəinki Bərdədə, bütövlükdə ölkədə "21 mexanizator qardaşın bir bacısı" kimi tanınan Radə xanım zəhmətsevərliyi ilə kolxozda hamının hörmətini qazanıb. Bu illər ərzində qabaqcıl mexanizator kimi "Əmək şöhrəti" ordeni, "Əmək qələbəsi" medalı, "Beşilliyin qalibi", "Qızıl əllər" döş nişanlarına layiq görülüb. Sevinc Qazıyeva adına, Özbəkistanda Tursunoy Axunova adına, Moskvada Paşa Angelina adına mükafatların qalibi olub. Əmək nailiyyətlərinə görə "Volqa" markalı avtomobillə mükafatlandırılıb. Rayon sovetinin deputatı seçilib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












