6 saylı avtobus barədə yayılan videoya RƏSMİ CAVAB

6 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxmasına dair sosial şəbəkələrdə və KİV-də yayımlanan məlumat və videogörüntü Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülərək araşdırılıb. Agentlikdən Avtosfer.az-a verilən məlumatda deyilir ki, araşdırmaılar zamanı müəyyən edilib ki, 17.10.2018-ci il tarixində Həsən Əliyev küçəsi ilə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan birində texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolda dayanmalı olub. Bu səbəbdən, həmin avtobusun arxa tərəfi ilə hərəkət edən avtomobillər, o cümlədən də 6 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu da qısa məsafəni qət etmək üçün əks hərəkət zolağına çıxıb. Texniki nasazlıq səbəbindən yolda dayanan avtobusu keçdikdən sonra nəqliyyat vasitəsi marşrut xətti üzrə müəyyən olunan zolaqla hərəkətini davam etdirib. Agentlik bildirir ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun əks yola çıxmasına dair sosial şəbəkələrdə görüntü yayan vətəndaşa araşdırmanın nəticəsi barədə məlumat verilib. Həmçinin, o, hadisənin bütöv şəkildə əhatə olunduğu görüntülərə baxmaq üçün “BakuBus” MMC-yə dəvət edilib. Vətəndaş isə avtomobillərin və avtobusun əks yola çıxmasının səbəbini bildiyini deyərək, “BakuBus” MMC-yə gəlməkdən imtina edib. Bakı Nəqliyyat Agentliyi sosial şəbəkə istifadəçilərindən və KİV nümayəndələrindən real vəziyyəti əks etdirməyən, birtərəfli məlumat və görüntülər yaymamaqlarını xahiş edir: "Qarşılaşdığınız bu və ya digər hallarla bağlı ilk olaraq Bakı Nəqliyyat Agentliyinə müraciət etməyinizi tövsiyə edir və nəqliyyatdakı mövcud çatışmazlıqları aradan qaldırmaqda hər birinizi birgə əməkdaşlığa dəvət edirik".
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO










